"Yoldaşım qalıb ortada, onu gətirə bilmirəm"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Sabunçu sakinləri yağışa görə əziyyət çəkir

Sabunçu rayonunda çərşənbə günü gecə yağan yağışdan sonra sakinlər iş və məktəbə getməkdə əziyyət çəkirlər.

BBC Azərbaycanca müxbiri Günel Səfərə danışan sakinlərə əsasən yağış yağandan sonra "həmişə" belə olur.

"Baxan yoxdur, deməklə deyil ki", sakinlərdən biri müxbirimizin şikayət etməklə bağlı sualına belə cavab verib.

Digəri "özümü indi ora atıb çiməcəm" deyərək yolu başqa cür keçməyin mümkün olmadığını vurğulayıb.

Bazarda işləyən sakinin bildirdiyinə görə, çətinliyə görə satıcıların "demək olar ki, yarısı işə çıxmayıb".