Mətbuat icmalı: Azərbaycanda iqtisadi artımla bağlı proqnoz

Fotonun müəllifi Getty Images

"Azadlıq": "Son 2 həftədə 174 cəbhəçi polisə aparılıb"

Qəzet yazır ki, Milli Şuranın 11 sentyabr mitinqindən sonra hakimiyyət AXCP-yə qarşı "repressiyanı artıq 3-cü həftədir ki, davam etdirir".

"17 sentyabr mitinqindən əvvəl 103 nəfər AXCP funksioneri müxtəlif müddətlərdə polisdə saxlanılmışdı. Lakin bütün bu repressiyalardan sonra da, həmin gün yağış yağmasına da baxmayaraq, hökumət AXCP-yə qarşı təzyiqləri davam etdirdi.

"Mitinqdən dərhal sonra 100-lərlə mitinqçi zorakılıqla həbs edilərək, polis idarələrinə aparıldı, onların əksəriyyəti bir neçə saatdan sonra azad edildiyindən saxlanılanların hamısının adını müəyyənləşdirə bilmədik.

"Həmin gün həbs olunanlardan 12 nəfərinə inzibati həbs, 1 nəfərinə isə cərimə cəzası verildi. Mitinqdən əvvəl saxlanılmış 103 nəfər AXCP funksionerindən 6 nəfər də inzibati qaydada həbs cəzası alıb," deyə məlumatda bildirilir.

Qəzet yazır ki, hökumət "17 sentyabrdan sonra da bu günə qədər partiya funksionerlərini rayon polis idarələrinə aparıb, saatlarla, bəzən günlərlə sorğu - sual edir, onların özləri və ailə üzvləri haqqında məlumatlar toplayır, onlardan bir daha mitinqlərin təşkilində rol almayacaqları haqqında dillərindən iltizam almağa cəhdlər edirlər."

"Azadlıq" son 2 həftə ərzində polisə aparılan 189 nəfərin (onlardan 170 nəfəri AXCP üzvüdür) siyahısını da məlumata lavə edib.

"Azərbaycan": İqtisadiyyat İnstitutunda Nobel mükafatçıları ilə görüş keçirilib

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş ABŞ iqtisadçısı, Nobel mükafatı laureatı, Arizona Universitetinin professoru Edward Prescott və Nobel mükafatı laureatı, Norveç iqtisadçısı Finn Kydland Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda olublar.

İqtisadiyyat İnstitutundan Azərtac-a bildiriblər ki, görüşdə institutun direktoru, professor Nazim İmanov rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib.

Sonra iqtisadiyyat üzrə geniş fikir mübadiləsi aparılıb.

Fins.az: Maliyyə Nazirliyi iqtisadi artımla bağlı proqnozunu açıqlayıb

Azərbaycanda 2017-ci il və ondan sonrakı 3 il ərzində iqtisadi artım proqnozları açıqlanıb.

Maliyyə Nazirliyinin hazırladığı sənədə əsasən, ÜDM-in real artım 2017-ci ildə 1% səviyyəsində gözlənilir. 2018-ci ildə ÜDM-in real artımı 1,5%, 2019-cu ildə 2,8%, 2020-ci il üzrə isə 2,4% olacağı proqnozlaşdırılır.

"Qeyri-neft sektorunda gələn il üzrə ÜDM-in real artımı 2,5% səviyyəsində proqnozlaşdırılır. Qeyri-neft sektorunda ÜDM-in artımı növbəti illərdə də davam edəcək.

"2018-ci ildə artım 2,5%, 2019-cu ildə 2,8% təşkil edəcək. 2020-ci ildə isə 2,4 faizədək artacaq. 2017-ci ildə özəl sektorun ÜDM-də payı gözlənildiyi kimi, 82,8% təşkil edəcək," deyə məlumatda göstərilir.

Bu barədə daha geniş