Roma Papası Tbilisidə kütləvi ibadətə qatılıb

Roma Papası Francis Fotonun müəllifi VINCENZO PINTO/AFP/Getty Images
Image caption Roma Papası stadionda keçirilən ibadət mərasiminə qatılıb.

Gürcüstana səfər edən Roma Papası Francis Tbilisidəki Mixail Mesxi adına Lokomotiv stadionunda keçirilən kütləvi ibadətə qatılıb.

Roma Papası çıxışını "İnsanlara ilahi rahatlıq gətirmək kilsələrin ən mühüm missiyasıdır" sözləri ilə başlayıb, APA agentliyi xəbər verir.

Bundan əvvəl Vatikan rəhbərini Gürcüstan prezidenti və baş naziri qəbul edib. Roma Papası həmçinin diplomatik korpusun nümayəndələri, dini liderlər və ictimaiyyət üzvlərilə ilə də görüşüb.

Mətbuat Roma Papasının Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri tərəfindən səmimi qəbul olunduğunu yazır. Katolikos-Patriarx ll İliya Roma Papasına "əziz qardaşım" müraciətilə xitab edərək deyib ki, onun səfəri qardaş məhəbbətindən irəli gəlir.

AP agentliyinin təhlilində deyilir ki, hazırkı səfər 1999-cü ildə Papa II İoan Pavelin Gürcüstana səfərinə nisbətdə mülayim tonu ilə seçilir. O, vaxt patriarx pravoslav xristianları liturgiya mərasiminə qatılmamağa səsləmişdi.

Fotonun müəllifi VINCENZO PINTO/AFP/Getty Images
Image caption Stadiona xüsusi "papamobil" avtomobililə gələn pontifik kütlə tərəfindən alqışlanıb.

Bu arada cümə günü Roma Papasını Tbilisinin hava limanı yaxınlığında bir qrup etirazçı qarşılayıb.

Image caption Roma Papasını etirazçılar qrupu qarşılayıb

Yol boyu düzülən etirazçılar o cümlədən "Vatikan - mənəvi aqressordur!" və "Gürcüstandan kənar dur!" şüarlarını qaldırıblar.

Bazar günü Tbilisi səfərini başa vuran Roma Papası Bakıya yollanmalıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş