Azərbaycan: Ərzaq məhsulları üçün yeni gömrük idxal rüsumları

Fotonun müəllifi AFP

Nazirlər Kabineti Azərbaycana gətirilən ərzaq məhsullarının gömrük idxal rüsumlarını müəyyənləşdirib.

Dəyişiklik ev toyuğu, yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarına təsir edib, APA yazır.

İndiyə qədər bu meyvə-tərəvəzlərə görə gömrük dəyərinin 15 %-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilməkdədir.

1 kq ev toyuğu əti - 1$,

1000 ədəd toyuq yumurtası - 100$,

1 kq soğan - 0,2$,

1kq xiyar - 0,2$,

1 kq qoz-fındıq - 1,5$,

1 kq üzüm - 0,4$,

1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək) - 0.3 $,

1 kq armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək) - 0.3 $,

1 kq heyva - 0.3 $,

1 kq xurma - 0.3 $,

1 litr meyvə şirələri və spirtli içkilər - 0,7$.

Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minərək 2 il müddətinə qüvvədə olacaq.

Ötən il fevralın 21-də Mərkəzi Bank Azərbaycan milli valyutanın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan edib. Dekabr ayında isə manatın dollara nisbətdə 47 faizdən çox ucuzlaşıb, bundan sonra bazarlarda ərzaq məhsullarının, xüsusilə xaricdən idxan olunan malların qiymətində kəskin artım müşahidə olunur.

Əlaqəli mövzular