Fərəc Kərimli azadlıqda
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Fərəc Kərimli: "Dedilər ki, referendumdan sonra çıxarsan"

Müsavat partiyasının sədr müavini Fərəc Kərimli çərşənbə axşamı günü azadlığa buraxılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı, onun müavini Tofiq Yaqublu və sabiq başqan İsa Qəmbər Fərəc Kərimlini qarşılamaq üçün onun evinə gəlib.

Fərəc Kərimli bu ilin may ayında, Respublika Günü ilə bağlı qəbul edilən Amnistiya Aktına düşmüşdü. İyunun 14-də qüvvəyə minən aktın icra müddəti 4 aydır.

Cənab Kərimlinin vəkilləri onun azadlığa buraxılması "qərəzli olaraq ləngidilir" desə də, Penitensiar Xidmət akta adları düşən insanlara "heç bir halda fərdi yanaşılmır" cavabını vermiş və əlavə etmişdi ki, bütün sənədlər hazır olandan sonra məhbuslar etap-etap buraxılır.

Əlaqəli mövzular