Azərbaycan Formula 1 yarışmasının adının dəyişdirilməsini istəyir

Formula 1 Fotonun müəllifi Charles Coates/ Getty

Gələn il Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi, təşkilatçıların istəyi ilə Azərbaycan Qran Prisi adlandırıla bilər, Reuters xəbər agentliyi məlumat verir.

"Ümid edirik ki, növbəti yarış Azərbaycan Qran Prisi adı altında keçiriləcək", Trend xəbər agentliyi Baku City Circuit təmsilçisi Nigar Arpadaraiyə istinadən bildirib.

Arpadarainin dediyinə görə Formula 1 rəhbərliyi adın dəyişdirilməsinə etiraz etməyib.

Onun sözlərinə görə, yarışın Avropa Qran Prisi adlandırılmasının məqsədi ölkənin bu qitəyə aid olduğunu nümayiş etdirmək olub.

Bakıda ilk dəfə Formula 1 yarışları bu ilin iyun ayında keçirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş