Çeçenlər Kadırovun əlbayaxa döyüşən oğullarını alqışlayır

Qroznıda güləş Fotonun müəllifi Instagram
Image caption Çeçen kişilər və oğlanlar liderin oğullarına səs-küylü dəstək veriblər.

Çeçenistanın avtoritar lideri Ramzan Kadırovun oğullarının əlbəyaxa döyüşlər üzrə yarışda iştirakını əsk etdirən video tənqidlərə səbəb olub.

Rusiyanın İdman Nazirliyi hadisəni araşdırdığını bildirir. Ramzan Kadırov yarışlarda çəkilən videonu özünün İnstagram saytında yerləşdirib.

Qroznı şəhərində keçirilən yarış peşəkar boks görüşlərini xatırladır. Videoda oğlan döyüşçülər həyəcanlı həvəskarlara salamlayırlar.

Yarışda cənab Kadırovun 3 oğlu iştirak edib: 10 yaşlı Axmad, 9 yaşlı Eli və 8 yaşlı Adam.

"Biz bunu daha yaxından araşdıracağıq", Rusiya idman nazirinin müavini Pavel Kolobkov deyib.

Cənab Kadırov Rusiya prezidenti Vladimir Putin yaxın silahdaşıdır.

Rusiyanın köməyilə separatçı üsyançıları məğlub edən Ramzan Kadırov Çeçenistanı dəmir yumruqla idarə edir.

Fotonun müəllifi Instagram
Image caption Eli Kadırov (sağda) 9 yaşındadır

Onun tabeçiliyindəki "kadırovtsı" adı ilə tanınan silahlılar adam oğurlama, işgəncə və digər qanun pozuntularında ittiham edilir.

Ramzan Kadırov əlbəyaxa döyüşləri cənab Putinin daha bir müttəfiqi - Aleksandr Zaldostanovla birlikdə izləyib.

Zaldostanovun başçılıq etdiyi "Gecə qurdları" bayker birliyi Kremlin olduqca sadiq tərəfdarıdır.

Qroznıda yarışan uşaqlar şlem və mühafizə geyimlərsiz çıxış ediblər. Döyüşdə baş nahiyəsinə zərbələr qadağan edilməmişdi.

Fotonun müəllifi Instagram
Image caption Peşəkar döyüşlərdə olduğu kimi, yarışlarda bayraq, poster və xüsusi işıqlandırma var idi.

Yarışları "qeyri-məqbul" kimi dəyərləndirən Rusiya Əlbəyaxa Döyüşlər Birliyinin rərhbəri Fyodor Emelyanenko deyib ki, onlara haqq qazandırmaq mümkün deyil.

"Balaca Adam özünün əsl aslan olduğunu göstərdi! ... Onun rəqibi döyüş iradəli olsa da, Adam əminliklə qələbə və çempion kəmərini qazandı. Təbriklər Adam!", - Ramzan Kadırov öz sosial şəbəkə hesabında yazıb.

Ötən ay keçirilən parlament və yerli seçkilərdə Ramzan Kadırov 98 faiz səslə qələbə qazanıb.

Fotonun müəllifi Instagram grab
Image caption Ramzan Kadırovun (ortada) yanında məşhur bayker Aleksandr Zaldostanov oturur.
Fotonun müəllifi AP
Image caption Ramzan Kadırov (ortada) Çeçen ənənələrini qoruyan mömin olduğunu deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş