Avropada ən az qadın hakim Azərbaycandadır

Konstitusiya Məhkəməsi Fotonun müəllifi constcourt.gov.az

Avropa Şurasının həyata keçirdiyi araşdırmaya görə Azərbaycanda hakimlərin yalnız 11 faizi qadınlardır.

Bu, Avropada ən aşağı göstəricə sayılır.

Hesabatda Ermənistandakı hakimlərin 23 faizini qadınların təşkil etdiyi qeyd olunur.

Ən çox qadın hakimin olduğu ölkələr isə bunlardır: Sloveniya (78%), Latviya (77%), Rumıniya (74%).

Bütün Avropada hakimlərin 51 faizini qadınlar təşkil edir, hesabatda deyilir. Araşdırma 2014-cü ilin rəqəmlərinə əsaslanıb.

Bəzi ölkələrlə bağlı isə məlumat əldə etmək mümkün olmayıb.

Avropa Şurasının hesabatında göstərilən bu rəqəmlər peşəkar hakimlərə aiddir.

Əlaqəli mövzular