Əmanətimi dollarla qaytarmasalar "atasını yandıraram!"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bank Standard bağlanır, əmanətçilər pullarını gözləyir

Çərşənbə günündən başlayaraq Bank Standardın əmanətçilərinə pulların geri qaytarılması prosesinə start verilib.

İlk gündən bank qarşısında izdiham yaranıb. Yazılı siyahıya əsasən, növbəyə duranların sayı 200-ü keçib.

"Bizdən hələ ki, bankda olan pulumuzla bağlı ərizə aldılar. Pulu sabah verəcəklər", bankdan çıxan əmanətçilərdən biri deyir.

Sırasını gözləyən insanlar arasında yaranan qarışıqlıq və nizamsızlıq zaman-zaman narazılıq və mübahisələrə səbəb olur, BBC Azərbaycanca müxbiri hadisə yerindən məlumat verir.

Ərazidə "sakitliyi və nizamı qorumaq" üçün bir neçə polis əməkdaşı cəlb olunub.

Yol kənarında növbə çəkən Təcili Tibbi Yardım əməkdaşları gün ərzində onlara müraciət olunmadığını deyir.

İlk mərhələ bankda 20 min manat və ya xarici valyuta miqdarında olan əmanətlər geri qaytarılacaq, bank əməkdaşı BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, əmanətlərin qaytarılması üçün bank həftə günləri, səhər saat 9:00-dan axşam saat 21:00-a qədər işləyəcək və xarici valyutada olan əmanətçilərin pulları da həmin valyuta ilə geri qaytarılacaq.

Əmanət faizlərinin hesablanmasına gəlincə isə əməkdaş bildirib ki, 1 oktyabr tarixinə qədər bütün faizlər hesablanaraq əmanətçilərə təqdim olunacaq.

Oktyabrın 6-sı Əmanətlərin Sığortalanması Fondunun bildirdiyinə görə kreditor bankı olan Bank Standard müflis elan edilib və bankın lisenziyası oktyabrın birində ləğv edilib.

Əmanətlərin geri qaytarılması prosesi bir il müddətində davam edəcək.

BBC Azərbaycanca müxbiri Elnarə Məmmədova paytaxtdakı Bank Standard müştərilərilə söhbət edib.

Əlaqəli mövzular