Vladimir Putin Ermənistana gedir

Vladimir Putin Fotonun müəllifi AFP

Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) iclasında iştirak etmək üçün Ermənistan paytaxtına baş çəkəcək, Kremlin mətbuat xidməti bildirir.

Məlumata görə, "beynəlxalq terrorizmə qarşı mübarizə üzrə tədbirlərə xüsusi diqqət yetiriləcək".

KTMT üzvü olan dövlət başçıları beynəlxalq vəziyyət və kollektiv təhlükəsizliyin təmin olunması məsələsi müzakirə edəcək, KTMT-nin 2015-ci ilədək dövrdə kollektiv təhlükəsizlik strategiyası və Təşkilatın təkmilləşdirilməsi məsələləri nəzərdən keçirəcək.

Yerevan sessiyası əsnasında KTMT sədrliyi Ermənistandan Belarusa ötürüləcək.

KTMT 1992-ci ildə yaradılıb və hazırda 6 üzvü vardır: Belarus, Qazaxıstan, Qırğizıstan, Ermənistan, Rusiya və Tacikistan.

Azərbaycan və Gürcüstan 1993-cü ildə təşkilata daxil olub, lakin sonradan Özbəkistan da daxil olmaqla təşkilatdan çıxıblar.

Bu barədə daha geniş