Cahangir Hacıyevə hökm: "Biz bilirdik ki belə olacaq"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Cahangir Hacıyevin bacısı hökmə münasibət bildirir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva, ona oxunan hökmə münasibət bildirərək deyib ki, həbs cəzası gözlənilən idi və buna apellyasiya şikayəti verəcək.