Tağıyevin baxımsız evi və xatirələr
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Tağıyevin baxımsız evi və nəticəsilə söhbət

Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi ötən əsrin əvvəllərində inşa olunub və bu gün binanın 1 əsrdən çox yaşı var.

1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndə xeyriyyəçi Tağıyevin də mülkü əlindən alınır.

Yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişilə Tağıyevə mülk seçmək imkanı verilir və o, ailəsi ilə birlikdə yaşamaq üçün Mərdəkandakı bağ evini seçir.

Xeyriyyəçi Tağıyevin nəticəsi Kamilla Abdullayeva anası Səfiyə xanımın o evə qayıtmasından, orada keçirdikləri gündəlik həyatdan BBC Azərbaycancaya danışıb.

O, Tağıyev vəfat etdikdən sonra evdən çıxarılan ailənin sonradan ata yurduna gəlişinin maraqlı tarixindən söz açıb.

Müxbirimiz müşahidələri zamanı baxımsız vəziyyətdə olan binada vaxtilə müalicə alan və dünyasını dəyişmiş xəstələrin əşyaları və geyimlərinin hələ də otaqlara atılıb qaldığını görüb.

Kamilla Abdullayeva BBC Azərbaycanca müxbiri Elnarə Məmmədovaya danışıb.

Əlaqəli mövzular