Manatın üzərində kimin şəkli olmalıdır?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Milli valyutanın üzərində şəxsiyyət yoxsa atribut şəkli olmalıdır?

Parlament müzakirələri vaxtı Azərbaycanın milli valyutasının üzərində Heydər Əliyevin şəklinin əks olunması barədə təklif irəli sürülüb.

Təşəbbüsün müəllifi hakim partiyanın icraçı katibinin müavini millət vəkili Siyavuş Novruzov olub.

“ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma milli valyutamızın üzərində olmalıdır”.

Bu təklif bır sıra müxalifət liderinin tənqidinə tuş gəlib. Bu arada BBC müxbiri Günel Səfər məsələ ilə bağlı paytaxtda söhbət etdiyi insanların fikirini öyrənməyə çalışıb.