HRW Azərbaycana dair: "amansız repressiyalar davam edir"

Hesabatın üz qabığı Fotonun müəllifi HRW
Image caption Üz qabığı belə olan hesabat 75 səhifədən ibarətdir

Azərbaycanın Xarici İşlər Nazirliyi Human Rights Watch təşkilatının Azərbaycan hökumətinin tənqidçilərinə qarşı "amansız repressiyalar aparmağa davam etməsi" barədə hesabatını şərh etməkdən imtina edib.

"QHT adına iddia edən Human Rights Watch kimi dövlət təşkilatının əsassız və qərəzli hesabatlarını şərh etmirik", nazirliyin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib.

Cümə axşamı ABŞ-da mənzillənmiş Human Rights Watch təşkilatının Azərbaycanda siyasi fəallara, jurnalist və bloqçulara, eləcə də hüquq müdafiəçilərinə qarşı təzyiqlər və həbslər barədə 75 səhifəlik hesabatı dərc olunub.

Yeni həbslər

Hesabatda deyilir ki, Azərbaycanda tənqidi jurnalistika və müxalif siyasi fəaliyyət bir sıra faəlların, juralistlərin və hüquq müdafiəçilərinin həbsi və məhkum edilməsi, həmçinin, müstəqil qrupların fəaliyyətini maliyyələşdirilməsini məhdudlaşdıran qanunlarla demək olar ki, söndürülüb.

Təşkilat müstəqil vətəndaş cəmiyyətləri Azərbaycanda var olmaq uğrunda mübarizə apardığını yazır.

Hesabatda 2015-ci ilin sonları və 2016-cı ilin əvvəllərində hökumətin siyasi motivli ittihamlarla həbs edilmiş bir sıra şəxsi şərti azadlığa buraxdı və ya əfv etdiyi qeyd edilir.

Lakin o da bildirilir ki, bu addım bir çoxları tərəfindən hökumətin müstəqil vətəndaş cəmiyyəti fəallarına qarşı münasibətində irəliləyişin göstəricisi kimi qələmə verməyə çalışsa da, 2016-ci ildə bir çox başqaları "qurama cinayət və inzibati ittihamlarla" həbs edilib.

"Azad edilənlərin heç biri əqidəsini azad hesab edə bilmir, bir neçə şəxsə səyahət məhdudiyyətləri tətbiq edilib. Başqaları gələcək siyasi motivlərlə təqibdən qorxaraq ölkəni tərk edib, yaxud öz işlərini aşılmaz bürokratik əngəllər səbəbindən maliyyələşdirə bilmədiyi üçün dayandırmaq məcburiyyətində qalıb".

Qohumlara təzyiq

Hesabatda bildirirlir ki 2016-cı illərdə hakimiyyət azı 20 siyasi fəal gənci narkotik istifadəçiliyi, qeyri-qanuni biznes və digər qurama ittihamlarla həbs edib.

"Heykəl məhbusları" Qiyas İrahimov, Bayram Məmmədovun adı çəkilir və onların təcrdxanalarda işgəncə gördüyünü qeyd edir.

Təşkilat Nardaranda 68 nəfərin həbs edildiyin də əlavə edir.

Təşkilat, həmçinin hakimiyyətin xarici ölkələrdə öz fəallığını həyata keçirmək istəyən şəxslərin yaxın qohumlarının təqib, bəzi hallarda həbs olunmasından da yazır.

Hüquqi mühakimə icraatında dövlət tənqidçiləri təmsil edən çoxsaylı hüquqşünasların şübhəli əsaslarla vəkil adından məhrum edildiyi də bildirilir.

Tələb və çağırış

Hesabat 90 müsahiblə ərtaflı danışdıqdan, həmçinin QHT fəaliyyətini məhdudlaşdıran qanun və sərəncamların detallı incələnməsindən sonra tərtib edilib. Müsahiblərə QHT nümayəndələri, jurnalistlər, gənclik təşkilatları, siyasi partiya üzvləri və təqiblərə məruz qalanların yaxınları daxildir.

Human Rights Watch Azərbaycan hakimiyyətindən haqsız yerə həbs edilmiş siyasi fəalları dərhal və qeyd-şərtsiz azad etməyi, azadlığa buraxılmış şəxslərin hərəkət azadlığının da təmin edilməsini, həmçinin, vətəndaş cəmiyyəti və media işçilərinə qarşı təqiblər və təhdidlər son qoyulmasını tələb edib.

Təşkilat hökumət tənqidçilərinin yanxınlarına qarşı təzyiqlərin dayandırılmasını, xaricdən maliyyələşmə ilə bağlı olan məhdudiyyətlərin aradan qaldırılmasını, QHT-lərə qarşı vergi ilə bağlı bütün ittihamların ləğv edilməsini də istəyir.

Human Rights Watch hesabatında Avropa İttifaqı və üzv ölkələrə, həmçinin ABŞ-a müraciət edərək, Azərbaycan hökumətinə qarşı ciddi tədbirlər həyata keçirməyə, Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, maliyyə institutları da daxil olmaqla, müxtəlif vasitələrdən istifadə edərək hökumətin vətəndaş cəmiyyətinə hücumuna son verməyə çağırış edir.

Hesabat "süni hazırlanır"

Millət vəkili,Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov isə "nə Aİ, nə də ki, ABŞ Azərbaycana sanksiya tətbiq etməyəcək", deyir.

Cənab Musabəyov hesabatı oxumadığını deyir və bildirir ki, "təşkilat son zamanlar ideoloji alətə çevrilib".

O, hesabatın "bir çox hallarda süni şəkildə hazırlandığını" da qeyd edir.

"Bu hesabatlar müəyyən dairələrin alətinə çevrilib", o deyib.

Azərbaycan hakimiyyəti Human Rights Watch və digər beynəlxalq insan hüquqları təşkilatlarının ölkədəki vəziyyətlə bağlı hesabatlarını heç vaxt qəbul etməyib və ona qarşı irəli sürülən iddiaları rədd edib.

Bu həftə həmçinin Azərbaycanda "siyasi məhbuslar"ın siyahıları dərc olunub. Siyahıların birində ölkədə 94, digərində isə 130-dan çox "siyasi məhbus"un olduğu göstərilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş