“Qarabağ”ın futbolçusu Avropa Liqasında “həftənin oyunçusu” seçilib

Dani Quintana Fotonun müəllifi Anadolu Agency/ Getty
Image caption Cümə axşamı Avropa Liqasının üçüncü turu çərçivəsində Bakıda Yunanıstanın PAOK klubuna qarşı keçirdiyi oyunda "Qarabağ"ın ilk qolunu Dani Quintana (sağda) vurub

"Qarabağ" futbol klubunun ispaniyalı yarımmüdafiəçisi Dani Quintana Avropa Liqasında "həftənin oyunçusu" seçilib.

UEFA-nın rəsmi saytında həyata keçirilmiş onlayn sorğuda Quintana 69 faiz səs toplayaraq rəqiblərini geridə qoyub.

"Qarabağ" cümə axşamı Avropa Liqasının üçüncü turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı Bakıda keçirdiyi oyunda 2-0 hesabı ilə qalib gəlib.

Qolları 56-cı dəqiqədə Dani Quintana, 87-ci dəqiqədə isə Rahid Əmirquliyev vurub.

Hazırda "Qarabağ" Avropa Liqasının J qrupunda 4 xalla üçüncüdür.

UEFA-nın həyata keçirdiyi onlayn səsvermədə Qarabağın futbolçusu, Victor İbarbo (Panathinaikos), Kevin Monnet-Paquet (St-Etienne), Paul Pogba (Manchester United), Raul Rusescu (Osmanlıspor), Antonio Candreva (İnter), Yevhen Konoplyanka (Schalke) və Nikola Kalinic (Fiorentina) ilə mübarizə aparıb.

"Qarabağ" artıq ardıcıl üçüncü ildir ki, Avropa Liqasının qrup mərhələsində çıxış edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş