Mosul döyüşü: İD silahlılarından qaçan insanların düşərgəsindən
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Mosul döyüşü: İD silahlılarından qaçan insanların düşərgəsindən

Mosul hücumu başlayandan bəri İraqın bu şəhəri ətrafından yüzlərlə ailə özünü İslam Dövləti adlandıran qruplaşmadan qaçmağa nail olub.

BMT-nin qaçqınlarla iş üzrə agentliyi (UNHCR) bildirir ki, Ərbilin cənubunda yerləşən Dibaqa düşərgəsi hər gün təxminən 50 nəfəri qəbul edir.

Döyüş davam etdikcə isə bu rəqəmin artacağı gözlənilir.

Yeni gələnlər yardım üçün uzun növbələr gözləməli olurlar.

Bəziləri üçünsə ümid etməyə səbəb var.

BBC müxbiri Şaima Xəlil düşərgənin bəzi sakinləri ilə danışıb.