Yeni publik hüquqi şəxs - dövlət xəstəxanalarında hansı xidmətlər pulsuz qalacaq?

həkim Fotonun müəllifi Getty Images
Image caption Təhlilçilər dəyişikliyin dövlət xəstəxanalarında göstərilən tibbi xidmətə görə ödənişlərdə manipulyasiyaya səbəb olacağından ehtiyatlanır.

Azərbaycanda dövlət və bələdiyyə tibb müəssisələrinin statusu dəyişdirilib, bundan sonra onlar publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.

Təhlilçilər dəyişikliyin dövlət xəstəxanalarında göstərilən tibbi xidmətə görə ödənişlərdə manipulyasiyaya səbəb olacağından ehtiyatlanır.

Səhiyyə Nazirliyi bildirib ki, dəyişiklikdən sonra dövlət xəstəxanaları pullu olmayacaq.

İndiyə qədər dövlət xəstəxanaları qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.

BBC Azərbaycancanın Facebook hesabına yazan azərbaycanlı istifadəçilər indiyə qədər dövlət xəstəxanalarında tibbi xidmətlərə görə ödəniş etdiklərini deyiblər.

Xəstəxanaların statusu necə dəyişir?

Yenilik, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə etdiyi dəyişikliyə əsasən həyata keçiriləcək.

Onların maliyyələşməsi isə "dövlət büdcəsindən və ya yerli büdcədən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən və qrantlardan formalaşacaq."

Bundan əlavə, hüquqi şəxs kimi, xəstəxanaların tabe olduğu orqan onların öhdəlikləri üçün cavabdeh olmayacaq, yalnız onlara verilmiş dövlət əmlakından sahiblik və istifadə hüququna dair məsələlər onların tabe olduğu orqanla razılaşdırmaqla həyata keçirməlidir.

Professor Adil Qeybulla da qərarı xəstəxanaların müstəqilləşməsi və hüquqi şəxs kimi çıxış etməsi kimi izah edir və əlavə edir ki, bu, dövlət və bələdiyyə tibb müəssisələrində xidmətin təsərrüfat hesablı olacağı anlamına gəlməsidir.

"Səhiyyə sistemini əhalinin mənafeyinə yönəltmək - icbari tibbi sığorta paketini təcili hazırlamaq lazımdır", həkim Qeybulla qeyd edir.

O əlavə edir ki, bu paketlər xüsusilə ehtiyacı olan təbəqə - işsizlər, az maaşlı işçilər və sosial müavinət alanlar, həmçinin mühüm xidmət növləri- təxirəsalınmaz xidmətlər, doğuş və xroniki xəstələrin müayinələr üçün nəzərdə tutulmalıdır.

Lakin o ehtiyat edir ki, "dövlət müəssisələrində hər hansı bir pullu xidmətə yol açılsa, bu manipulyasiya imkanlarını artırar".

Onun sözlərinə görə bu, əhalinin indiki durumunda "ürəkaçmayan" nəticələrə səbəb ola bilər.

Dövlət xəstəxanalarında tibbi xidmət ödənişlidir?

Fotonun müəllifi Christopher Furlong
Image caption Təhlilçilər ehtimal edir ki, yeni dəyişiklik hökümətin tibbi sığorta islahatlarına getmək istəyinin göstəricisi ola bilər

İqtisadi təhlilçi Azər Mehtiyev isə deyir ki, səhiyyə xidmətində ödənişlər məsələsində manipulya imkanları həmişə olub.

"İndiyədək dövlət tibb xidməti adı altında səhiyyənin pulsuz olması söylənilsə də, həm Dünya Bankının, həm də kənar ekspertlərinin tədqiqatları göstirir ki, əhali tibbi müalicənin əsas hissəsini cibindən ödəyir. Dövlət tərəfindən səhiyyəyə vəsait ayrılsa da, bugün həm dövlət, həm də özəl tibb müəssisələrinə gedən istənilən şəxs ona göstərilən tibbi xidmətin haqqını ödəyir. Sadəcə dövlət tibb müəssisələrində bir qədər ucuz başa gəlir".

BBC Azərbaycancanın Facebook hesabında şərh bildirən istifadəçilər də tibbi xidmətlərə görə ödənişlər etdiklərini söyləyib.

Siz də sorğuda iştirak edin: Nazirlər Kabineti dövlət tibb müəssisələrinin statusunu dəyişdirib. Siz dövlət tibb müəssisələrində hər hansı xidmətə görə ödəniş etmisinizmi?

İqtisadçı bu baxımdan belə bir qərarı "problemli və kifayət qədər işlənməmiş" hesab edir.

Onun sözlərinə görə, son zamanlar Azərbaycanda publik hüquqi şəxs statusu yaradılıb və belə qurumlar dövlətin yerinə yetirməli olduğu ictimai xarakterli işləri həyata keçirir.

"Mən hesab etmirəm ki, xəstəxanalar bu qrupa malik olmalıdır. Xəstəxanalar hüquqi şəxs statusu almalıdr, amma bunlar kommersiya təsərrüfatlarında işləməlidirlər".

O əlavə edir ki, məqsədi mənfəət əldə etməmək olan dövlət xəstəxanaları keyfiyyətli xidmət göstərməklə öz gəlirləri ilə özlərini saxlamaq imkanına malik olmalıdırlar. Bu isə, icbari tibbi sığorta sisteminə keçdikdən sonra mümkün ola bilər, cənab Mehtiyev qeyd edir.

"İcbari tibb sığortaya keçdikdən sonra dövlət tibb müəssisəsi, özəl tibb müəssisəsi fərqi aradan qaldırılmaqla hər bir müəssisə gəiri hesabına özünü saxlamağa çalışmalıdır.

Bu səbəbdən o ehtimal edir ki, indiki dəyişiklik hökümətin tibbi sığorta islahatlarına getmək istəyinin göstəricisi ola bilər.

Pulsuz və pullu xidmətlər

Fotonun müəllifi Adam Berry
Image caption Bir qrup şəxsə və bir sıra hallarda dövlət müəssisələrində tibbi xidmətlər pulsuz qalacaq

Səhiyyə Nazirliyi bu dəyişiklik və onun nəticələri ilə bağlı BBC Azərbaycancaya şərh verməyib.

Nazirliyin mediaya açıqlamasında isə dəyişiklikdən sonra dövlət xəstəxanalarının "pullu olmayacağı və bu məsələnin gündəmdə olmadığı" bildirilib.

Tibb müəssisələrinin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsiylə bağlı Nazirlik bəyan edib ki,"dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək."

Bundan əlavə, APA agentliyi yazır ki, bundan sonra dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək.

Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığı nın qorunması haqqında" qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət və Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti göstərəcək.

Bələdiyyə adından yaradılan müəssisələrdə isə "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda müəyyən edilmiş hallar istisna olmaqla, pullu xidmət göstəriləcək.

1997-ci ildə qəbul edilmiş "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsasən aşağıdakı şəxslərə və hallarda dövlət müəssisələrində tibbi xidmətlər pulsuzdur:

  • idmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və təqaüdçülərin, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər
  • ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq
  • hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış tibbi yardım
  • məişət zorakılığından zərər çəkmiş şəxslər
  • Yetkinlik yaşına çatmayanların peşə yararlığı müəyyənləşdirilərkən...

Bu barədə daha geniş