Neftçilər Xəzər dənizindəki özüldən sahilə təxliyyə olunub

Xəzər
Image caption Socar şirkəti neftçilərin sahilə sahilə təxliyyə olunduğunu bildirir.

Xəzər dənizində baş verən zəlzələ nəticəsində özüldə yaranmış texniki qüsurlara görə Günəşli yatağındakı işçilərin bir hissəsi sahilə aparılıb, SOCAR şirkəti bildirir.

Məlumata əsasən cümə günü özüldə baş verən silkələnmə ardınca döşəmədəki dəmir lövhələrin "bir neçəsində qaynaqdan qopma" müşahidə olunub.

"İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunmuşdur", - neft şirkətinin rəsmi açıqlamasında deyilir.

Dəniz özülündə konstruktiv dəyişikliklərin olmadığını bildirən şirkət təmir və istehsalat işlərinin adi rejimdə davam etdirildiyini bildirir.

Sentyabr ayında "Günəşli" yatağının 19-cu özülündə təmir işləri aparılarkən yanğın baş verib.

2015-ci il dekabrın 4-də "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində 12 nəfər həlak olub, 18 nəfər itkin düşüb və 33 nəfər xilas edilib.

Bu barədə daha geniş