Göyçayda Nar Festivalı - şəkillərdə

Nar bayramı

Bu il Göyçayda sayca 11-ci Nar Festivalı keçirlib. Yalnız Göyçay kəndləri nar və nar məhsullarını, o cümlədən nardan hazırlanan dekorativ fiqurları gələn qonaqlara və yerli sakinlərə nümayişə etdiriblər.

Nar Festivalında dövlət və hökümət nümayəndələri, Milli Məclisin 10-a yaxın deputatı, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor nümayəndələri, yerli və xarici iş adamları, beynəlxalq təşkilat əməkdaşları da daxil olmaqla, ümumilikdə 15 minə yaxın insan iştirak edib.

Yerli sakinlərin dediyinə görə Azərbaycanda ümumilikdə narın 65 növü var ki, onun 10 növü yalnız Göyçayda yetişir. Onlar əsasən, Gülövşə, Vələs, Balamürsəl, Şirinnar, Tumsuz nar və sair növlər daxildir.

Yeni rayon rəhbərliyinin göstərişi ilə festivalın məkanı həmişəkindən fərqli olaraq şəhərin mərkəzi ərazisi olan Heydər Əliyev prospektində deyil, Şəhər Mərkəzi Stadionuna dəyişdirilib. Yerli sakinlər "burda konserti problemsiz izləyə bilirik", "sıxlıq azdır" deyib, festivalın yeni məkanda keçirilməsini bəyəndiklərini deyir. Onların sözlərinə görə, əvvəllki məkanda qonaqların sayı çox olanda maşın sıxlığından "tərpənməyə yer olmurdu".

Sakinləri narazı salan məqam odur ki, festivalda "əsas üstünlük rəsmi qonaqlara verilir" və yerli sakinlərə nümayişə çıxarılan məhsullara baxmağa imkan verilmir. "İcra başçısı və rəsmi qonaqlar keçəndən sonra da sərgidə olan bir çox maraqlı dekorasiyaları götürüb aparırlar və biz heç nə görə bilmirik", sakinlərdən biri deyir.

"Keçən il, mən çoxlu bayker çağırmışdım, festivala gəldilər. Amma bir şeyə baxmağa imkan vermədilər deyə bu il çağırsam da gəlmədilər ki, bəs keçən il onsuz da baxmağa imkan vermədilər", yerli sakin digər həmyerlilərinin dediyi sözlərə dəstək olur.

Bu barədə daha geniş