Azərbaycanlılar ABŞ prezidenti postunda kimi görmək istəyir?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycanlılar ABŞ prezidenti postunda kimi görmək istəyir?

ABŞ-da uzun müddətdir davam edən qalmaqallı və qarşılıqlı ittihamlarla yadda qalan prezident seçkisi kampaniyasının sonunda amerikalılar yekun qərarını vermək üçün seçki məntəqlərinə üz tutacaq.

Ölkə üzrə 4 ştatda mitinqlərini keçirən əsas namizədlər, Hillary Clinton və Donald Trump son dəfə seçiçilərinə səslənib.

Xanım Clinton "ümidli, inklüziv, geniş ürəkli Amerikanı" geri qaytarmağa çağırdığı vaxt cənab Trump tərəfdarlarına deyib ki, onların "korrupsiyalı sistemi dağıtmaq üçün əla şansları" var.

Növbəti 4 ildə ABŞ prezidenti kim olacaq? Bu sualın cavabını indi demək olar ki, bütün dünya maraqla gözləyir.

BBC Azərbaycanca paytaxt sakinlərindən ABŞ-ın növbəti, sayca 45-ci prezidenti postunda kimi görmək istədiyini soruşub.

Materialı BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova hazırlayıb.