Trump-a görə ABŞ-a getmək istəyən üçün “qorxulu olacaq”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakı sakinləri: Trump-a görə ABŞ-a getmək “qorxulu olacaq”

ABŞ prezidentliyi uğrunda gərgin seçki kampaniyasını qələbə ilə başa vuran Donald Trump hakimiyyətin təhvil verilməsini müzakirə etmək üçün Ağ Evə dəvət edilib.

Dünya liderləri respublikaçı namizədi artıq təbrik edir. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev də var.

Bəs görəsən ABŞ-da başa çatan seçkilər barədə Bakı sakinləri nə düşünür? Onların seçkilərə münasibətini BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova soruşub.