Gədəbəy sakini: “İş yoxdur, küçələrdə yalandan fırlanırıq”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Gədəbəy sakini: “İş yoxdur, küçələrdə yalandan fırlanırıq”

İşsizlik - Gədəbəy rayonunda gənclərin əziyyət çəkdiyi əsas problemdir. Rayonun ən böyük kəndi olan Söyüdlünün mərkəzi onların ən çox toplaşdığı məkandır.

Bir çoxları işsizliyin ailələrdə mübahisələrə, hətta boşanmalara qədər getdiyini vurğulayır.

Kartofçuluq təsərrüfatı ilə məşhur olan Gədəbəydə gənclər kartof becərildiyi və yığıldığı ərəfədə, yalnız mövsümi olan qısamüddətli iş tapa bildiklərini deyir. Digər vaxtlarda isə kənd mərkəzində "fırlanırlar".

Gədəbəy rayon məşğulluq mərkəzinin rəhbəri Zöhrab Əhmədov deyir ki, bu gün mərkəzdə 118 nəfər işsiz kimi qeydiyyatdadır. Onlar arasında da gənclər üçün iş var, amma işləyən yoxdur.

Qurum rəsmisi deyir ki, müraciət edənlərin 90 faiz istəyir ki, işsiz kimi qeydiyata alınsın və işsizliklə bağlı müavinət alsın. "Asan yolla pul almaq istəyirlər. Çox yerə göndəririk, işləmirlər", - Zöhrab Əhmədov deyir.

BBC Azərbaycancanın müxbirləri Elnarə Məmmədova və Günel Səfər rayon sakinlərilə həmsöhbət olublar.