Goranboyda suvarma problemi: “500 hektar torpağ ilan kimi mələyir”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Goranboyda suvarma problemi: “500 hektar torpaq ilan kimi mələyir”

Goranboyun Xanqərvənd kəndinin sakinləri illərdir suvarma problemlərinə çarə tapa bilmədiklərini deyirlər. Əhalinin gündəlik ehtiyacları üçün bu kənddə subartezian quyuları qazılsa da, sakinlər pay torpaqlarını suvarmaqda əziyyət çəkdiklərini deyirlər.

Bu ərazi su ilə 1976-cı ildə Tərtərçayın üzərində tikilmiş Sərsəng su anbarından təmin olunur. Lakin Dağlıq Qarabağ müharibəsinin nəticəsi olaraq Sərsəngin yerləşdiyi ərazi ermənilərin nəzarətindədir.

Yerli sakinlərə görə ermənilər suvarma mövsümündə su buraxmır. Bu ilin yanvarında AŞPA Sərsəng su anbarı ilə bağlı hazırlanmış "Azərbaycanın sərhədyanı əhalisi qəsdən sudan məhrum edilir" adlı məruzə üzrə qətnamə qəbul edib. Lakin tanınmamış "Dağlıq Qarabağ Respublikası" məruzəni qərəzli adlandırıb.

Bu arada Xanqərvənd kəndinin sakinləri pay torpaqlarında əkin-biçin işləri apara bilmədikləri üçün təsərrüfatlarını da genişləndirə bilmədiklərini deyirlər.

Vəziyyətin çətinliyini təsvir edən sakinlərdən biri isə "500 hektar pay torpağı ilan kimi mələyir" deyir.

Xanqərvənd sakinlərilə BBC Azərbaycancanın müxbiri Günel Səfər söhbət edib.