#100Qadın dəvəti: Gündəlik geyim və makiyajınızın selfisini göndərin

selfi Fotonun müəllifi Xanım Cavadova
Image caption Xanım Cavadovanın iş makiyajı

Dünyanın hər yerində qadınların çoxunun səhəri belə başlayır: makiyaj, geyim, saç düzümü… və evdən çıxmaq.

Tək fərq odur ki, bir ölkədə xüsusi günlər üçün nəzərdə tutulmuş geyim və makiyaj digərində gündəlik sayılır.

Məsələn, azərbaycanlı qadınlar işə və ya dərsə hündür daban ayaqqabı geyinməyi xoşlayır. Gürcülər səhərlər qırmızı dodaq boyası çəkməkdən zövq alır. Qərbdə isə qadınlar daha çox idman geyimlərinə üstünlük verir. Suriyada qadınların geyimi əsasən mühafizəkar olsa da, onlar hər zaman makiyajda - qara sürmə, çəhrayı-qırmızı dodaq boyası ilə olmağa çalışır. İndoneziyada isti olduğu üçün qadınlar kosmetikadan az istifadə edirlər. Sinqapurda isə əsasən təbii tonları seçən qadınların bəziləri çox qısa ətəklər geyinir, başqa bir qismi isə qapalılığa üstünlük verir.

Sizin üçün gündəlik iş, dərs və ya əyləncə-gəzmək geyimi nədir? Geyim seçiminizi nəyə görə edirsiniz? Həmin geyimlərdə özünüzü necə hiss edirsiniz? Hər səhər hazırlaşmağa nə qədər zaman sərf edirsiniz? Bəs ildə və ya ayda kosmetika və geyimə nə qədər xərcləyirsiniz?

Selfinizi çəkərək bizə öz seçimləriniz barədə danışın.

Nə düşünməyinizdən asılı olmayaraq, bizə sizin fikirləriniz çox maraqlıdır.

Bu yazını BBC Azərbaycancadan Xanım Cavadova BBC-nin 100 Qadın layihəsi çərçivəsində hazırlayır.

Foto və məlumatlarınızı bizə emaillə [azeri@bbc.co.uk] və Facebook, Twitterİnstagram hesablarımıza mesajla göndərə və ya öz hesablarınızda #bbcgeyim heşteqi ilə paylaşa bilərsiniz.