İlham Əliyev ABŞ dövlət rəsmisini qəbul edib

Prezident Əliyev ABŞ dövlət katibinin müşavirinin müavini qəbul edib Fotonun müəllifi President.az
Image caption Prezident Əliyev ABŞ dövlət katibinin müşavirinin müavini qəbul edib

Prezident Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini, Bridget Brink-i qəbul edib, president.az saytı yazır.

Saytın məlumatına görə, İlham Əliyev xanım müavinlə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardığı geniş müzakirələri xatırladaraq iki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xanım Brink öz növbəsində ABŞ-ın Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xanım Brink-in Azərbaycana etdiyi səfərlə bağlı axşam saatlarında mətbuat konfransı keçirəcək, ABŞ-ın Azərbaycandakı səfiriliyi bu haqda BBC Azərbaycancaya deyib.

Bridget Brink bu vəzifəyə ötən ilin avqust ayında təyin olunub. O, Şərqi Avropa, Qafqaz və Avropadakı regional münaqişələrlə bağlı məsələlərə məşğuldur. Bundan əvvəl o, ABŞ-ın Özbəkistana təyin olunan səfrinin ümavini vəzifəsində çalışıb.

Bu barədə daha geniş