Bridget Brink: "İlqar Məmmədovun məsələsi vacibdir"

Prezident Əliyev ABŞ dövlət katibinin müşavirinin müavini qəbul edib Fotonun müəllifi President.az
Image caption Prezident Əliyev ABŞ dövlət katibinin müşavirinin müavini qəbul edib

"İlqar Məmmədov məsələsi bizim üçün vacibdir və bu məsələ prezidentlə görüşdə qaldırıldı", ABŞ numayəndəsi xanım Bridget Brink jurnalistlərə açıqlamasında deyib.

Müzakirələrin detallarını açıqlaya bilməyəcəyini deyən xanım Brink, Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədov haqqında verdiyi qərarların da onlar üçün vacib olduğunu vurğulayıb.

ABŞ Dövlət Katibinin müşavirinin müavini "müstəqil, sabit və stabil inkişaf edən Azərbaycana gəlməsindən məmnunluq duyduğunu" qeyd edib.

O səfəri çərçivəsində dövlət rəsmiləri ilə yanaşı müxalif siyasətçilər və müxtəlif vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşdüyünü deyir.

"Demokratiyanın fundamental dəyərləri olan media və söz azadlığı və sərbəst toplaşma əsas azadlıqlardır. Bunların mövcudluğu istənilən demokratiya üçün vacibdir və bu cür azadlıqların inkişafı istənilən cəmiyyətin inkişafına dəstəkdir", deyə xanım Brink Azərbaycan hökümətinin milli demokratiyaya aid atdığı addımları müsbət dəyərləndirdiyini bildirib.

O çıxışında Dağlıq Qarabağ məsələsinə toxunaraq qeyd edib ki, keçirdiyi görüşlərdə ABŞ-ın bu münaqişənin hərbi həllinin istisnalığına bağlılığını nümayiş etdirib.

Sivil Toplum Platformasının (STP) yaydığı bəyanatda, təşkilatın üzvləri Mehriban Rəhimli və Akif Qurbanovun xanım Brinklə görüşdüyü deyilir. Görüşdə STP üzvlərinin xanım Brink-lə referendum nəticəsi, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EITI) İdarə Heyətinin Azərbaycanla bağlı qərarı və siyasi məhbus problemləri daxil olmaqla, bir neçə mövzu üzrə müzakirə edilib, bəyanatda bildirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş