Dunja Mijatovic Rafiq Tağının ölümünün 5-ci ilində Azərbaycana cağırış edir

Rafiq Tağı
Image caption Rafiq Tağının ölümündən 5 il keçir

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatovic azərbaycanlı yazıçı və köşə yazarı Rafiq Tağının ölümünün 5 illiyi ilə əlaqədar Azərbaycan və digər üzv ölkələrə jurnalistlərin təhlükəsizliyinin qorunması və onlara qarşı cinayətlərin cəzasız qalmasına son vermək barədə çağırış edib.

Qurumun paylaşdığı bəyanatda deyilir: "Rafiq Tağının qətlinin ildönümündə mən Azərbaycandaki məsul qurumları qatili tapmağa və məsuliyyətə cəlb etməyə çağırıram".

"Mən həmçinin ATƏT-də iştirakçı ölkələri jurnalistlərin təhlükəsizliyini təmin etmək və onların öz peşə borcunu yerinə yetirərkən məruz qaldıqları hücumları araşdırmağa dair çağırışımı təkrarlayıram", xanım Mijatovic əlavə edib.

Rafiq Tağı noyabrın 19-da dəfələrlə bıcaqlandıqdan və bir neçə gün xəstəxanada yatdıqdan sonra noyabrın 23-də vəfat edib. Ona hücum edən və ya edənlər indiyədək aşkarlaşmayıb və onun ölümü ilə bağlı təhqiqata son verilib.

Rafiq Tağı 2006-cı ildə Sənət qəzetində dərc olunmuş "Avropa və biz" məqaləsində yer alan fikirlərinə görə, milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə həbs olunmuşdu.

İxtisasca həkim olan Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xaççobanlı kəndində doğulub.

Bir neçə il Azərbaycan bölgələrinin tibb məntəqələrində çalışıb. Daha sonra Rusiyaya köçüb.

1990-cı ildən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əmək fəaliyyətini davam etdirib.

Bu barədə daha geniş