DTX: "terrorçuluqda təqsirləndirilən şəxs məhv edilib"

DTX Fotonun müəllifi DTX

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cümə günü Xaçmaz rayonunda keçirdiyi əməliyyat nəticəsində "terrorçuluqda təqsirləndirilən şəxsi məhv etdiyi" barədə məlumat yayıb.

DTX-nın yaydığı məlumata əsasən, əməliyyat tədbirləri zamanı 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlu təslim olmaq barədə qanuni tələblərə tabe olmayıb və silahlı müqavimət göstərib.

Dövlət qurumu bildirir ki, Ramiq Rəhimov Azərbaycanın hüdudlarından kənarda "dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilata" üzv olub və yaşadığı ərazidə tərəfdaşlarından ibarət "camaatın əmiri" kimi fəaliyyət göstərib.

"O, həmçinin, vətəndaşları silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinib", rəsmi məlumatda deyilir.

DTX bildirib ki, əməliyyat-axtarış tədbirləri, şübhəli bilinən şəxslə bağlı "qanunsuz odlu silah və partlayıcı vasitələr əldə edərək həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları" barədə daxil olmuş məlumat əsasında tətbiq olunub.

Bu barədə daha geniş