HealthBox ucuz dərman tapmağa "kömək edəcək"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

HealthBox tətbiqi ucuz dərman tapmağa "kömək edəcək"

İxtisasca nevropatoloq olan Leyla Tağızadə, HealthBox mobil tətbiqini ideyasının 13 illik iş təcrübəsi boyunca qarşılaşdığı əsas problemlərdən qaynaqlandığını deyir.

Layihənin ABŞ Dövlət Departamentinin “Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya” təşkilatına təqdimatı uğurla keçib və finala vəsiqə qazanıb. Standfordda keçirilən təqdimatdan sonra layihə tamamlanması üçün “Founder İnstitute”-dan 4 aylıq təqaüd qazanıb.

“İnsanların əlaqə üçün elektron vasitələrdən daha çox istifadə etdiyi bir dövrdə yeni mobil tətbiqin Azərbaycanda da işləyəcəyini fikirləşirəm”, Almaniya İqtisadi Məsələlər və Enerji Federal nazirliyinin baş layihə meneceri Ronald Schulz deyir.

Hazırda sınaq mərhələsində olan mobil tətbiqin gələn ilin əvvələrində ictimai istifadəyə veriləcəyi gözlənilir.