Zaqatalada "qanunsuz dini yığıncaq keçirdiyinə görə" 23 nəfər saxlanıb

Zaqatala Fotonun müəllifi other

Zaqatala rayonunun Əliabad qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə daha iki nəfərlə birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini "yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirak etdiyi qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən olunub", Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Yığıncaq haqqında məlumat Zaqatala Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində aşkar olunub.

Məlumata əsasən, Həmid Şabanovla birlikdə "qanunsuz dini yığıncağı təşkil edənlər" onun həmyerlisi Mehman Ağammədov, Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanov olub.

"Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar."

Baxış zamanı mərasimin keçirildiyi yerdən 16 ədəd dini təyinatlı ədəbiyyat aşkarlanıb və ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib, məlumatda qeyd olunur.

Bu barədə daha geniş