Tarif şurasının qiymət artımı qərarı nə vəd edir?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Tarif şurasının qiymət artımı qərarı nə vəd edir?

Bazar ertəsi Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisi ödənişləri üçün Azərbaycanda ilk dəfə olaraq differensiallaşmış tarifə keçirlər.

Bu tarifə əsasən, ay ərzində istifadə ediləcək təbii qazın məbləği 12 manat 50 qəpiyi keçirsə, gələn ilin yanvarın 1-dən başlayaraq əlavə sərf edilən təbii qaz üçün 100 faiz daha çox ödəniş nəzərdə tutulub.

Elektrik enerjisi üçün isə ay ərzində istifadə ediləcək enerjinin məbləği 17 manat 50 qəpiyi keçirsə, əlavə sərf edilən enerji üçün 57 faiz daha çox ödəniş nəzərdə tutulur, İlham Şaban izah edir.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün, yəni müəssisə və ya şirkət tipli gəlir əldə edən qurumlara isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.