Azərbaycanda ən cəsarətli araşdırmaları qadın jurnalistlər edir
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Xədicə İsmayılova: Azərbaycanda ən cəsarətli araşdırmaları qadın jurnalistlər edir

Araşdırmaçı jurnalist Xədicə İsmayılova bu il BBC-nin seçdiyi 100 tanınmış qadınların siyahısındadır.

O 100Qadın layihəsi çərçivəsində BBC Azərbaycancaya müsahibə verib.

Xanım İsmayılova söyləyib ki, sevdiyi-seçdiyi jurnalistlər də qadındırlar.

O bildirib ki, həyatının istənilən məqamında, istənilən problemdə ən çox dəstəyi qadın qohumlarından görüb.

“Bəlkə bu təbiidir, qadın həmrəyliyidir” o əlavə edib.

“İstənilən halda anamla münasibətlərim möhkəmlədi”, jurnalist bildirib.

“Qorxmamaq lazımdır, çünki insanın ən böyük zindanı onun öz içindəki qorxudur.

Yəni sizin arzularınızı qıfıllayan sizin qorxunuzdur.

Heç bir kənar təsir, kənar basqı sizin qorxunuz qədər sizə mane olmur.

Ona görə çalışın qorxmayın, irəli getmək lazımdır.

Çəkinmədən arzularınızı reallaşdırın.

Bilirsiniz, yəni insan arzularının dalınca getməyəndə, bunu etməyəndə insan xoşbəxt ola bilmir.

Onun nə qədər xoşbəxt ailə həyatı olursa, olsun, nə qədər sağlam, rəvan ailə həyatı olursa, arzularının dalınca getməyən qadın xoşbəxt olmur.”

Onunla müsahibəni BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova edib.