Erdoğan: "Aİ səhifəsini hələ ki çevirməmişik"

Fotonun müəllifi ADEM ALTAN

Türkiyə prezidenti Aİ-ə qoşulmaqla bağlı niyyətindən dönmədiyini desə də, ölkəsinin bır çox alternativlərə malik olduğunu bildirib.

"Aİ səhfəsini hələ ki çevirməmişik", Recep Tayyip Erdoğan deyib.

"Türkiyənin qarşısında daim çox alternativlər mövcuddur və bunların hər hansı birini qiymətləndirməklə biz yolumuza davam edirik".

Cənab Erdoğanın bəyanatı Avropa Parlamentinin Türkiyə ilə Aİ arasında üzvlük müzakirələrini dondurmaq barədə qərarın ardınca səslənir.

Türkiyə lideri bəhs etdiyi alternativlərin təfərrüatlarına varmayıb.

Lakin bu yaxınlarda o, ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatında mümkün üzvlüyü barədə bəyanat vermişdi.

Bu barədə daha geniş