Dollarla yanaşı ərzaq qiymətləri də qalxır

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
“Kasıb qalmayacaq... Hamısı öləcək! – Bakı sakinləri qiymət artımı barədə

Mərkəzi Bankın son məlumatına görə, 1 ABŞ dolları 1 manat 73 qəpiyə, 1 avro isə 1, manat 85 qəpiyə bərabərdir.

Bəzi banklar dolların alışını 1 manat 73 qəpik saxlasa da, digərləri bu rəqəmi 1 manat 80 qəpik olaraq təqdim edir.

Qiymətlərin qalxması ərzaq mallarının qiymətinə də təsirsiz ötüşməyib.

Ötən ilin fevralında Mərkəzi Bank dolların məzənnəsini 1 manat 5 qəpik səviyyəsində müəyyən edib. 2015-ci ilin dekabrın 21-də isə qurum Azərbaycan valyutasını üzən məzənnə rejiminə keçdiyini açıqlayıb.

Həmin vaxt dolların məzənnəsi 47 faizdən çox artaraq, 1 manat 55 qəpiyə çatıb.

Bir il ərzində milli valyutanın dəyərinin 2 dəfə kəskin azalması digər sahələrdə qiyməti artımının müşahidə olunması ilə nəticələnib və bu da əhali arasında narazılığa səbəb olub.

Bundan əvvəl Mərkəzi Bank üzən məzənnə rejimində manatın kursunun valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşdığını bildirib. Maliyyə qurumuna əsasən məzənnəyə təsir edən fundamental amillər qlobal bazarlarda neftin qiyməti, tədiyyə balansının vəziyyəti, habelə valyuta bazarı subyektləri tərəfindən nümayiş etdirilən davranışlardır.

Iqtisadçı Qalib Toğrul deyir ki, manatın ucuzlaşması bu ilin sonunda da, gələn ilin əvvəlində də davam edəcək.

İqtisadçı hesab edir ki, dolların bahalaşmasının qarşısının alınması üçün birinci addım sahibkarlığın inkişaf etdirilməsi olmaldır.

"Ən etibarlı çıxış yolu odur ki, ixrac qabiliyyətli sahibkarlıq formalaşsın", deyən iqtisadçı əlavə edir ki, "kredit vəsəitlərinə əlçatanlığı asan olan, inzibati müdaxilələrdən azad olan sahibkarlıq inkişaf etdirilməlidir.

Onun sözlərinə görə, son dövrdə Azərbaycan neftinin qiyməti artır. Ancaq bu insanlarda dollar ucuzlaşmalı olması barədə yanlış təsəvvür yaradıb.

"Neftdən gələn dollar artsa da, Neft fondu bu vəsaiti bazara çıxrmasa, manata çevirməsə yenə bahalaşma davam edəcək", o qeyd edir.

Hesablamalar aparmaq lazımdır ki, neft qiyməti hansı səviyyədə bahalaşsa, manatın kursunu sabit saxlamaq olar, o sual edir.

Bu barədə daha geniş