Qalxan qiymətlər, düşən təyyarə və inqilabçıya yas - həftə 5 fotoda

Keçdiyimiz həftə azərbaycanlı izləyicilər üçün dünyada baş vermiş 5 mühüm hadisə fotoların diliylə.

Fotonun müəllifi VİTTORİO ZUNİNO CELOTTO/ GETTY

1. Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisi ödənişləri üçün Azərbaycanda ilk dəfə olaraq differensiallaşmış tarif tətbiq edilib.

SOCAR rəsmisi Nizaməddin Quliyev bildirib ki, qiymət artımı ailələrə problem yaratmamalıdır. Təhlilçi İlham Şabanın sözlərinə görə isə əhalidə ödəməyə pul olmadığı üçün "Bakı yenidən qaranlığa qərq olacaq".

Fotonun müəllifi PEDRO PARDO/ Getty

2. Kuba, inqilab lideri Fidel Castro-ya yas tutur. Bayraqlar yarıya qədər endirilib və doqquz günlük matəm elan edilib.

Bazar ertəsi insanlar 90 yaşlı liderin külünun, onun hakimiyyət üçün mübarizəyə başladığı Santiago de Cuba şəhərinə aparmazdan öncə başsağlığı veriblər.

Fotonun müəllifi NELSON ALMEIDA/ Getty
Image caption Gənc oğlan qəzaya uğrayan komandanın xatirəsini stadionda oturaraq anır

3. 81 nəfəri, o cümlədən, Braziliyanın Chapecoense futbol klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyada, Medellin şəhərinə yaxınlaşarkən qəzaya uğrayıb.

Polis qəzadan sağ çıxan 5 nəfərdən başqa göyərtədə olanların hamısının öldüyünü bildirib.

4. Çərşənbə axşamı Sovet dövründən qalma yarımtikilidə kustar üsulu ilə tikilmiş evdə baş vermiş yanğın nəticəsində bir ailə həlak olub.

Hadisənin baş veridiyi ərazidə yaşayan digər sakinlər yanğına elektrik xətlərində yaranan qısa qapanmanın səbəb olduğunu desələr də, Fövqəladə Hallar Nazirliyinin sözçüsü səbəbin araşdırıldığını bildirib.

5. #100qadın: Qəzzada velosiped "qadağasına" boyun əyməyən qadın.

Əmna Süleyman yetkinlik yaşına çatdıqdan sonra qadınlara velosiped sürməyi qadağan edən yazılmamış qanunu pozmağa çalışır.

Braziliya təyyarəsinin qəzaya uğraması nəticəsində 76 nəfər ölüb

Tarif şurasının qiymət artımı qərarı nə vəd edir?

Fidel Castronun vəfatı: milli matəm davam edir

Elektrik naqillərinin qorxusu ilə keçən həyatlar

100 qadın: Qəzzada velosiped "qadağasına" boyun əyməyən qadın

Əlaqəli mövzular

Bu barədə daha geniş