Bakı sakini: "Dərmanların qiymətləri məni qane edir"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakı sakini: "Dərmanların qiymətləri məni qane edir"

Bazar ertəsi Tarif Şurasının iclasında yeni dərman vasitələrinin qiyməti təsdiq edilib. Eyni qərarla həmçinin, təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacaqlarının qiymətinə də dəyişiklik edilib.

İclasdan sonra qurumun verdiyi açıqlamada bildirilir ki, dərmanların qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.

Mərkəzi Bankın son məlumatına görə 1 ABŞ dolları 1 manat 73 qəpiyə, 1 avro isə 1 manat 85 qəpiyə bərabərdir.

Bu ilin iyun ayında isə Tarif Şurasının iclasında 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib və aşağı salınıb.

Ötən ilin fevralında Mərkəzi Bank dolların məzənnəsini 1 manat 5 qəpik səviyyəsində müəyyən edib.

2015-ci ilin dekabrın 21-də isə qurum Azərbaycan valyutasını üzən məzənnə rejiminə keçdiyini açıqlayıb. Həmin vaxt dolların məzənnəsi 47 faizdən çox artaraq, 1 manat 55 qəpiyə çatıb.

Bir il ərzində milli valyutanın dəyərinin 2 dəfə kəskin azalması ilə ölkə bazarlarında istər ərzaq mallarında, istərsə də dərman vasitələrinin qiymətlərində mütəmadi artım müşahidə olunur.

BBC Azərbaycancanın suallarına cavab verən şəhər sakinləri son dövrdə dərman qiymətlərinin artımına münasibət bildiriblər.

Videonu BBC Azərbaycanca müxbirləri Günel Səfərova və Elnarə Məmmədova hazırlayıb.