Bakı: bugün və sabah havanın temperaturu aşağı enəcək

Bakıda qar
Image caption Bazar ertəsindən etibarən iki gün ərzində Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti gözlənilir (FOTO arxivə - 2014-cü ilə aiddir)

Bazar ertəsindən etibarən iki gün ərzində Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti gözlənilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti APA-ya bildirib.

Bazar ertəsi axşamı və 6 dekabrda arabir yağış yağacaq, bəzi yerlərdə yağışın sulu qar və qara keçəcəyi güman edilir.

Havanın temperaturu 5-8° aşağı enəcək, temperatur gündüz saatlarında müsbət 3-5° təşkil edəcək.

Bundan başqa, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək.

Həmçinin səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimal edilir.

Rayonlarda da hava şəraiti qeyri-sabit keçəcək - arabir yağış, sulu qar, qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Rayonlarda havanın temperaturu 3-6° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var, məlumatda deyilir.