Tarixi Bankə - balıqçılıqdan kasıbçılığa

19-cu əsrin birinici yarısında balıq səneyisindəki bum ilə tarixini yazan Bankə qəsəbəsi bu gün tarixi abidəyə çevrilmiş sərvətlərini itirmək təhlükəsindədir.

1842-ci ildə məşhur "Boji promısel"(indiki Neftçala r-nun Tatarməhlə kəndində) balıq vətəgəsi yanandan sonra balıq emalı Bankədə mərkəzləşdirilir.

Gülər Abbasovanın BBC Azərbaycanca üçün foto reportajı.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Vaxt keçdikcə burada kiçik buzxanalar, anbarlar yaradılır, su çənləri tikilir. Balıqçılıq üçün lazım olan bütün avadanlıqlar bu dövrdə gəmi ilə Həştərxandan gətirilir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

1822-ci ildə Azərbaycanın bütün balıq vətəgələri Rusiya imperiyasının səlahiyyətində idi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində isə balıq sənayesində yerli kapitalistlər Kür çayı boyundakı iri vətəgələri ələ keçirirlər.

Bankə qəsəbəsindəki vətəgələri Hacı Zeynalabdin Tağıyev uzun müddətli icarəyə götürür. 1898-ci ildə Bankə Balıq Kombinatının inzibati binası inşa edilir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Bu bina Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Tağıyevin, sonradan isə Sergey Kirovun adını daşıyır. Kombinat fəaliyyəti dövründə istehsal etdiyi balıq və kürüsü ilə bütün dünyada məşhur olur.

Fotonun müəllifi GÜLƏR ABBASOVA
Fotonun müəllifi GÜLƏR ABBASOVA

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra kombinat 1996-cı ilə kimi fəaliyyət göstərib. Tarixi bina uzun müddət baxımsız qaldığından indi uçmaq təhlükəsindədir. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Kombinatın ətrafında ötən əsrin müxtəlif illərində tikilmiş digər tarixi binaların da günümüzə təkcə xarabalığa çevriliş mənzərəsi qalır.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Balıqçılıqda xeyli işçi qüvvəsi tələb olunduğundan, demək olar ki muzdlu əməkdən istifadə olunurdu. Yerli əhali ilə yanaşı balıq vətəgələrində İrandan gəlmiş "həmşərilər" (İran azərbaycanlılar), ruslar, tatarlar, gürcülər və ermənilər də çalışırdı.

Qəsəbədə fəhlələr üçün kazarmalar quraşdırılır. Kombinatın inzibati işçiləri, sahibkarlar üçün isə bir-iki mərtəbəli kərpicdən hörülmüş barak evlər, ağac və taxtadan düzəldilmiş yaşayış binaları tikilirdi.

Hazırda həmin bir mərtəbəli evlərdən Bankə sakinləri yaşayış yeri kimi istifadə edirlər.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Qəsəbədə 19-cu əsrin ortalarında Bankə balıq vətəgəsi xəstəxanası da istifadəyə verilir. 1850-ci ildə isə onun nəzdində Azərbaycanda ilk aptek yaradılır.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Aptek bu günə kimi fəaliyyət göstərir. Binanın digər hissəsində hazırda Neftçala rayon polis şöbəsi və bələdiyyəsi yerləşir.

Qəsəbənin yerli sakinləri bildirir ki, bir neçə il əvvələ qədər binanın ikinci mərtəbəsi yaşayış yeri kimi istifadə olunub. Lakin bina yararsız hala düşdüyündən sakinlər oradan köçürülüb. Binanın hazırda restavrasiyaya ehtiyacı var.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Mənbələr:

  • Əlisəfa Məmmədov - "Qarayazı düzündən Xəzər dənizinədək" (1979)
  • Pirağa İsmayılzadə - "Muğanın təsərrüfat həyatı" (2009)
  • Zoya Nuriyeva - "Azərbaycan sənayesində milli burjuaziya" (1999)
  • Azər Turan - "Darülmöminin" (2012)

Bu barədə daha geniş