Həbs olunan Bayram, Göktürk göydədir və digərləri- həftə 5 fotoda

Keçdiyimiz həftə Azərbaycanda və ondan kənar baş vermiş 5 mühüm hadisə fotoların diliylə.

Fotonun müəllifi Ramin Deko

1. Narkotik maddələrin dövriyyəsində ittiham edilmiş gənc fəal Bayram Məmmədova 10 il həbs cəzası verilib.

O, digər fəal Qiyas İbrahimovla birlikdə mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarları yazıldıqdan sonra həbs edilib.

Fəallar həbslərinin səbəbini məhz bununla əlaqələndirirlər.

Fotonun müəllifi Alamy

2. Türkiyənin ikinci peyki GÖKTÜRK-1 orbitə buraxılıb. Peyk Fransa Qvianasından Veqa raketi ilə orbitə buraxılıb.

Prezident Recep Tayyip Erdoğan Ankarada keçirilən tədbirdə "Öz peykimizi özümüzün inkişaf etdirməsi və istehsal etməsi şərtdir" deyib.

Fotonun müəllifi İctimai Televiziya

3. Gələn il Kiyevdə keçiriləcək Eurovision mahnı müsabiqəsində Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.

2012-ci ildə BBC Azərbaycancaya verdiyi müsahibədə, Diana Hacıyeva Londonda yerləşən barda verdiyi çıxışlar barədə danışıb.

Fotonun müəllifi RIA Novosti

4. Rusiya İslam Komitəsinin sədri Heydər Camal vəfat edib.

Əslən azərbaycanlı olan Heydər Camal televiziyada İslama həsr edilmiş verılşlər aparırdı və Rusiyanın ən məhşur müsəlman teoloq və filosoflarından biri olub.

5. BBC-nin qadınlara həsr edilmiş 100 Qadın layihəsi cümə günü yekunlaşır. Layihə çərçivəsində dünyanın müxtəlif yerlərində nüfuzlu qadınlar və onların cəmiyyətdə rolundan bəhs olunur.

Bu il BBC-nin seçdiyi 100 tanınmış qadınların siyahısında azərbaycanlı jurnalist Xədicə İsmayılovanın da adı var.

Bu barədə daha geniş