İsrailin Baş naziri Bakıda səfərdədir

benjamin Netanyahu və İlham Əliyev Fotonun müəllifi Prezident.az
Image caption İsrailin baş nazirinin Azərbaycana səfəri bir gün davam edəcək

İsrailin baş naziri Benjamin Netanyahu Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə təkbətək görüş keçirib.

Azərbaycan prezidentinin rəsmi internet səhifəsinin yazdığına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva baş nazir Benjamin Netanyahu-nu və xanımı Sara Netanyahu-nu qarşılayıb.

Prezidentlə baş nazirin görüş zamanı ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

İsrailin baş nazirinin Azərbaycana səfəri bir gün davam edəcək. Daha sonra cənab Netanyahu-nun Qazaxıstana yola düşəcəyi gözlənilir.