Həftə 5 fotoda - Xəzərdə qəza, İstanbulda partlayış və Messi onunla görüşdü

Keçdiyimiz həftə baş vermiş hadisələr içində Xəzər dənizində baş vermiş qəza, İstabulda partlayış, futbol ulduzu Messinin altı yaşlı əfqan futbol azarkeşi ilə görüşü və s. daha çox diqqət çəkib.

Fotonun müəllifi Aziz Karimov

1. Cümə axşamı Xəzər dənizində estakadanın aşması nəticəsində 10 neftçi itkin düşüb. Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov jurnalistlərə bildirib ki, onlardan birinin cəsədi tapılıb.

"Baş verən hadisəyə görə məsuliyyəti biz hamımız daşıyırıq" deyən qurum sözçüsü onu da bildirib ki, bu hadisə "təbii hadisə kimi qələmə verilmir".

Fotonun müəllifi Kursat Bayhan/ Getty

2. İstanbulda Beşiktaş futbol klubunun stadionu qapısının yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 38-ə çatıb, 155 nəfərin isə yaralandığı bildirilir.

Stadionun qapısındakı hücum bomba qoyulmuş avtomobilin, Maçka Parkındakı hücum isə intihar bombacısının partlaması ilə baş verib.

Fotonun müəllifi STRINGER/ Getty

3. Keçən həftə ərzində Hələb şəhəri demək olar ki, ikiyə parçalanmışdı. Onun şərqinə üsyançılar, qərbinə isə hökumət qüvvələri nəzarət edirdilər.

Hələbin şərqində hökumət qüvvələrinin mühasirəsi altında qalmış sakinlər təxliyə və atəşkəsin pozulması nəticəsində yaranan qeyri-müəyyənlik barədə yaşadıqları hissləri sosial şəbəkələr və dünya mediası ilə paylaşıblar.

Fotonun müəllifi Prezident.az

4. İsrailin baş naziri Benjamin Netanyahu Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb.

İranın ali dini rəhbərinin bölgədəki nümayəndəsi ayətullah Həsən Ameli İsrail baş nazirinin səfərini Azərbaycan xalqı üçün "alçaltma və rüsvayçılıq" adlandırıb.

Fotonun müəllifi KARIM JAAFAR/ Getty

5. Lionel Messi-nin məşhur 10 nömrəli köynəyini evdə düzəldib geyinməklə tanınan əfqanıstanlı balaca oğlan, nəhayət ki, qəhrəmanı ilə görüşüb.

Altı yaşlı Murtaza Əhmədi ilə ulduz futbolçu, Qatar Dünya Kuboku təşkilat komitəsinə əsasən, Dohada görüşüblər.

Bu barədə daha geniş