Rəsmilər: İtkin düşən neftçilərin axtarış- xilasetmə zonası "genişləndirilib"

İtkin düşən neftçilər axtarılır Fotonun müəllifi Ardda.gov.az

Xəzər dənizində neftçilərin itkin düşdüyü rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti və sürəti təhlil olunaraq, axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib, Dövlət Dəniz Administrasiyasının yaydığı məlumatda deyilir.

İtkin düşən 9 neftçinin axtarışını həyata keçirən 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə "intensiv davam etdirilən" axtarış - xilasetmə əməliyyatlarını, uzunluğu 100 km, eni isə 72 km olan geniş ərazidə həyata keçirir, məlumatda qeyd olunur.

"Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri həyata keçirilməkdədir."

Məlumatda bildirlir ki, axtarış-xilasetmə işləri ilə 6 qurumun aparıcı mütəxəssislərindən ibarət yaradılan Qərargah xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparır.

Cümə axşamı SOCAR-a məxsus olan neft yığım məntəqəsində estakadanın aşması nəticəsində 10 neftçi itkin düşüb. Onlardan birininn, 1958-ci il təvəllüdlü əmtəə operatoru Bakı şəhər Ələt qəsəbə sakini İlham Qafarovun cəsədi həmin gün günorta saatlarında tapılıb.

İtkin düşən neftçilərdən 5-nin estakada ilə birlikdə aşan yaşayış budkasında olduğu deyilsə də, budka tapıldıqda neftçilərin orda olmadığın aşkar olunub.

Baş vermiş hadisə ilə bağlı prezident Əliyevin 16 dekabr 2016-cı il sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət Qərargah yaradılıb və axtarış-xilasetmə əməliyyat planı onlar tərəfindən tərtib edilir.

Bu barədə daha geniş