Avropa inəyini Azərbaycana gətirən kəndli
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Avropa inəyini Azərbaycana gətirən film rejissoru

İmam Həsənovun "Müqəddəs İnək" (Holy Cow) filmi İsmayıllının Lahıc qəsəbəsində yaşayan və Avropa inəyi almağa çalışan aztəminatlı ailə başçısının mübarizəsini əks etdirir.

Bir saat 16 dəqiqəlik sənədli filmdə Kənd ağsaqqalları "olmaz" deyərək "yeniliyə" qarşı olduqlarını göstərir, ancaq qəhrəman cəmiyyətin və ailəsinin təzyiqlərinə baxmayaraq arzusuna çata bilir.

Çəkilişləri 3 il davam edən və müxtəlif beynəlxalq festivalların laureatı olmuş bu film İmam Həsənovun ilk tammetrajlı sənədli filmidir.

Berlinale istedad kampusunun məzunu olan İmam teatr rejissoru kimi də çalışıb və bu sahədə fəaliyyətini davam etdirir.

İmamın ilk sənədli filmi qısametrajlı olub və "Bakirənin xoşbəxtliyi" adlanıb. Bu filmə görə dövlət televiziyasındakı işindən qovulduğunu deyən müsahibimiz, hazırda bədii film ssenariləri üzərində işləyir.

O, Azərbaycanda beynəlxalq sənədli film festivalı da təşkil etmək istəyir.