Beynəlxalq maliyyə institutlarından Trans-Anadolu boru kəmərinə yeni kredit

Asiya İnfrastruktur Investisiya Bankının (AİİB) açılış mərasimi (16 yanvar 2016). Fotonun müəllifi Getty Images
Image caption Asiya İnfrastruktur Investisiya Bankının (AİİB) açılış mərasimi (16 yanvar 2016).

Çərşənbə günü, Dünya Bankının (DB) Direktorlar Şurası, Trans-Anadolu qas boru kəməri (TANAP) layihəsinə 800 milyon ABŞ dollar ayırılması barədə qərar qəbul edib, Anadolu Ajansı xəbər verib.

DB TANAP layihəsinin yerə yetirilməsi üçün investisiyanın yarısını (400 milyon ABŞ dolları) Azərbaycana, digərini isə Türkiyəyə ayırmağa qərar verib.

Eyni gün, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) TANAP layihəsinə 600 milyon ABŞ dolları kredit ayırdığını bildirib.

Reuters agentliyi xəbər verir ki, yeni investisiya, Çin tərəfindən idarə olunan bankın mövcud olduğu ilk ildə verdiyi ümumi krediti 1,73 milyard ABŞ dollara çatdırıb.

Bu barədə daha geniş