Bakıda ucuz və bahalı yolka qiymətləri

yolkalar

Yolka, yəni müxtəlif oyuncaqlar və rəngli işıqlarla bəzədilmiş şam ağacı Yeni il bayramının əvəzolunmaz atributlarından biridir.

Kimisi bu atributa çox pul xərcləyir, kimisi isə bunu önəmli saymır.

Görəsən şəhərdəki satış məntəqələrində yolka üçün şam ağacı və bəzəkləri neçəyə satılır?

BBC Azərbaycanca müxbirləri qiymətlərlə maraqlanıb və ucuz, yaxud bahalı yolkanın neçəyə başa gəldiyini öyrənib.

Ucuz süni şam ağaclarının qiymətləri ölçüsündən asılı olaraq 4 manatdan başlayır. 6, 7, 15, 20, 25 AZN-ə satılan şam ağacları da var. Qarşıladığımız ən hündür şam ağacı 2 metr uzunluğunda idi. Onun da qiyməti 70 AZN təşkil edir. Satıcılar deyir ki, 1 metr 20 sm hündürlüyündə olan şam ağacını və onun bəzəklərini almaq üçün 50 AZN gərəklidir. Digər satış məntəqəsində isə bildirdilər ki bu rəqəm heç "40 AZN olmaz".

Paytaxtda yerləşən mağazalardan birində isə belə ucuz şam ağacları və bəzəklər satılmır. Burada müxtəlif ölkələrdən gətirilmiş ağaclar satılır. Şam ağaclarının hündürlüyü 1 metrdən başlayır, ən hündür ağac isə 5 metrdir.

Satıcı ən bahalı şam ağaclarının yuxarıda rəsmi yerləşdirilmiş ağaclar olduğunu deyir və qeyd edir ki, bu ağacların qiyməti 1000 AZN-dır. Bu yalnız şam ağacının qiymətidir.

Burada həmçinin 80, 100 və 500 AZN-ə də ağaclar tapılır.

Ucuz bəzəklər satan satış məntəqələri və yarmarkalarda oyuncaqların qiyməti müxtəlifdir. Burada 1 AZN-dən tutmuş 5-6 AZN-ə qədər oyuncaq və bəzəklər tapmaq olar. Məsələn, eyni oyuncaqdan 6 ədəd yerləşdirilmiş qutu 3 AZN-ə, 12 ədəd oyuncaqlılar isə 4 AZN-dən yuxarı qiymətə təqdim olunur. Rəngli işıqların qiyməti 5 AZN-dən başlanır.

Nisbətən bahalı oyuncaqlar satılan mağazada isə dedilər ki, oyuncaqların qiyməti 5 AZN-dən başlanır. Burada ən bahalı oyuncaq 30 AZN-dir və İtaliya istehsalıdır. Satışlar varmı sualına, satıcı xanım boş qutuları göstərərək, "əlbəttə var" deyə cavab verir.

Nisbətən ucuz oyuncaq və bəzək satan mağazalarda şaxta baba və qar qız oyuncaqlarının qiymətləri 2 AZN-dən başlayır.

Bahalı məhsullar təqdim edən mağazada isə oyuncaqların qiyməti 5 AZN-dən başlayır, ölçü və istehsal ölkəsinə görə qiymət dəyişir.

Həmçinin oxu: 2016: Azərbaycanda baş verən 10 önəmli hadisə

İlin sonu: 2016-ci ildə Azərbaycanda insan haqları və azadlıqlar

Həmçinin bax: Yeni il bayramı: az və orta gəlirli ailələr necə qeyd edir?

Bakı sakinləri 2016-cı ili necə xatırlayır?

2016-cı il: Azərbaycanın bölgələrindən xəbərlərimiz

Azərbaycan: 2016-cı ilin 5 ən mühüm hadisəsi videomuzda

Bu barədə daha geniş