Həftə 5 fotoda - gecə klubuna hücum, Camal Əli və...

Keçən həftə İstanbulun məşhur gecə klubunda ölümcül partlayış, azərbaycanlı musiqiçi Camal Əlininin yaxınlarının saxlanılması və digər hadisələrlə yadda qalıb.

Fotonun müəllifi BULENT KILIC/ Getty

1. Yeni il gecəsi İstanbulun məşhur Reina gecə klubuna edilmiş hücum zamanı 39 nəfər öldürülüb və 71 nəfər yaralanıb.

Hücumla əlaqədar həyata keçirilən əməliyyatlar çərçivəsində bır neçə uyğur mənşəli şəxs saxlanılıb.

Fotonun müəllifi YouTube

2. Almaniyada yaşayan azərbaycanlı musiqiçi Camal Əlinin Bakı şəhər Baş Polis İdarəsinə aparılan anası və qohumları azad edilib.

Camal Əli qohumlarının saxlanılmasının səbəbinin onun 31 dekabrda Youtube sosial şəbəkəsində paylaşdığı musiqi klipi olduğunu bildirib.

Fotonun müəllifi AFP

3. Çərşənbə günü keçirilmiş məhkəmə prosesində İsrail əsgəri adam öldürməkdə təqsirli bilinib.

20 yaşlı çavuş Elor Azaria bıçaqlı fələstinlini zərərsizləşdirdikdən sonra güllələyərək öldürdüyünə görə məhkum edilib.

Fotonun müəllifi Getty Images

4. ABŞ-dakı Rusiya qurumlarının 35 əməkdaşı cümə axşamı "arzuolunmaz şəxslər" elan ediliblər.

Onlar və onların ailə üzvləri - cəmi 96 nəfər - 72 saat ərzində ABŞ-ı tərk etməli olublar.

Fotonun müəllifi Reuters

5. Populyar ifaçı Mariah Carey-nin Yeni il gecəsi New York-da uğursuz çıxışı qarşılıqlı ittihamlara səbəb olub.

Musiqini eşitmədiyindən şikayətlənən ulduz mahnının böyük hissəsini oxumaqdan imtina edib.

Türkiyə: Reina hücumuna görə uyğurlar həbs edilib

Camal Əlinin anası və qohumları azad edilib

İsrailli əsgərə fələstinlinin ölümünə görə hökm oxunub

"Arzuolunmaz" elan edilmiş Rusiya diplomatları Moskvaya qayıdıb

Mariah Carey-nin Yeni il qalmaqalına görə kim günahkardır?

Bu barədə daha geniş