"Nəfəs ala bilmirdim... ağzımı bağlamışdılar"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Mehman Hüseynov: Nəfəs ala bilmirdim... ağzımı bağlamışdılar

"Polisin qanuni əmrinə tabe olmamaq"da ittiham edilən bloqçu və RATİ sədri Mehman Hüseynov 200 manat cərimə edilməklə azad edilib.

Azad edildikdən sonra jurnalistlərə müsahibə verən bloqçu deyib ki, saxlanılarkən ona işgəncə verilib.

Müxbirimiz Günel Səfər deyir: "Köynəyində qan var idi, onu bizə göstərdi".

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov modern.az-a deyib ki, Mehman Hüseynovun nəinki dedikləri, "aldığı nəfəs də yalandan gedib-gəlir".

"Polis orqanlarında nə adam döyürlər, nə adam toka verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil", DİN sözçüsü deyib.