Jagland Azərbaycan əsgərinin cəsədinin qaytarılmasına çağırıb

Fotonun müəllifi coe.int
Image caption Thorbjørn Jagland azərbaycanlı əsgərin cəsədinin təxirə salınmadan geri qaytarılmasına çağırış edib

Avropa Şurasının Baş katibi Thorbjørn Jagland dekabrın sonunda Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşma zamanı həlak olmuş və Ermənistanda saxlanılan azərbaycanlı əsgərin cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış edib.

ATƏT-in Minsk Qrupunun Həmsədrləri dəstəklədiyini də qeyd edən baş katib, həmçinin tərəfləri atəşkəsə hörmət etməyə səsləyib.

Daha əvvəl BBC Azərbaycancaya açıqlama verən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan azərbaycanlı əsgərin cəsədinin qaytarılması ilə bağlı Bakı və Yerevanla "məxfi danışıqlar" aparıldığını deyib.

BQXK Yerevan ofisinin nümayəndəsi Hasmik Qalstyanın sözlərinə görə, tərəflər arasında razılıq əldə edilərsə, BQXK azərbaycanlı əsgərin cənazəsinin qaytarılmasında vasitəçilik etməyə hazırdır.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərdiyi və döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edildiyini bildirib.

Azərbaycan MN bəyanatına görə, hadisə nəticəsində Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Daha sonra erməni tərəfinin məlumatına görə, Azərbaycan hərbi birləşməsinin Ermənistanın Çinari kəndi istiqamətində "diversiya müdaxiləsi cəhdi nəticəsində" döyüş zamanı həlak olmuş bir Azərbaycan hərbçisinin cəsədi Ermənistan ərazisində qalıb.

Bu barədə daha geniş