Human Rights Watch: "Azərbaycan amansız hücumlarına davam edir"

Bakıda etirazlar Fotonun müəllifi TOFIK BABAYEV/AFP/Getty Images

Human Rights Watch təşkilatı 2016-cı il Dünya Hesabatını bu gün rəsmən təqdim edilib.

687 səhifəlik hesabatda dünyanın 90-dan artıq ölkəsində insan haqlarının keçən ilki vəziyyəti və hökumətlərin insan haqları öhdəliklərinə riayəti qiymətləndirilir.

Azərbaycanla bağlı hissəsində, hesabat hökumətin 2016-cı il boyunca "fərqli fikirlərə qarşı amansız hücumlarını davam" etdirdiyini deyir.

Məhbuslar və yeni həbslər

Hesabatda, mart ayında prezident İlham Əliyevin "jurnalistlər, insan hüquqları müdafiəçiləri, aktivistlər və bloqçulardan ibarət 13 nəfəri əfv" etdiyi qeyd olunsa da, onlara qarşı ittihamların ləğv edilmədiyi də deyilir.

HRW həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-ü il tarixli qərarına və Avropa Şurasının onun azad edilməsinə çağıran tələblərinə baxmayaraq, Respublikaçı Alternativ (REAL) hərəkatının sədri İlqar Məmmədovun həbsdə qaldığını qeyd edir.

Təşkilat vurğulayır ki, "gənc fəal İlkin Rüstəmzadə, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) siyasi fəalı Murad Adilov, jurnalist Seymur Həzi və bloqçu Abdul Adilov da hələ həbsdədir."

Yeni həbslər

Yeni həbslər barədə hissədə, hesabat konstitusiya referendumundan öncə səkkiz nəfər fəalın narkotik maddə saxlama, xuliqanlıq, qanunsuz sahibkarlıq kimi saxta, "siyasi motivli ittihamlarla" həbs edildiyini iddia edib.

HRW, bu məhbuslar arasında AXCP üzvü Fuad Əhmədli və Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirovun da olduğunu qeyd edib.

Hesabatda, REAL hərəkatının 3 üzvünün - partiyanın icraçı katibi Natiq Cəfərli və referenduma qarşı təşviqat aparan iki üzvünün - həbsi qeyd edilir.

Təşkilat həmçinin vurğulayıb ki, 2016-cı ildə AXCP-nin aparıcı və sıravi üzvlərindən ən azı 12 nəfər azadlıqdan məhrum edilib.

Media və toplaşma azadlığı

Təşkilat Meydan TV əməkdaşlarına qarşı cinayət tədqiqatını, Azadlıq qəzetinin nəşrinin dayandırılması qərarını və ANS televiziyasının bağlanmasını Azərbaycanda 2016-cı ildə media azadlıqlarının azalmasının nümunələri kimi göstərib.

Toplaşma azadlığına gəldikdə, təşkilat deyir ki: "QHT-lərlə bağlı 2014 və 2015-ci illərdə qəbul olunan və yüksək məhdudiyyətlər tətbiq edən normalar, müstəqil qrupların maliyyələşməsini və fəaliyyət göstərməsini demək olar ki, mümkünsüz edib."

Hesabatda deyilir ki, buna görə, 2014-cu ildən bank hesabları dondurlumuş təşkilatların hesabları 2016-cı ildə açılsa da, onlar öz işlərini maliyyələşədirə bilmir, "çünki hökumət onların qrant müqavilələrini qeydiyyata almaqdan imtina edir".

İşgəncə və qeyri-insani rəftar

NİDA vətəndaş hərəkatının həbs edilmiş üzvləri Elgiz Qəhrəman, Qiyas İbrahimov və Bayram Məmmədov, və həmçinin ilahiyyatçı Tale Bağırzadənin işgəncə ittihamları barədə hesabatda, hakmiyyətin bu ittihamları rədd etdiyi və "ittihamlarla bağlı səmərəli araşdırma" aparmadığı deyilir.

Bu barədə daha geniş