Obamanın göz yaşları, rəhbərə vida, bloqçu azadlıqda - həftə 5 fotoda

Keçən həftə baş vermiş hadisələr 5 fotonun diliylə.

1. "Polisin qanuni əmrinə tabe olmamaq"da ittiham edilən bloqçu Mehman Hüseynov 200 manat cərimə edilməklə azad edilib. Mehman Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən ona işgəncə edilib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Ehsan Zahidov isə BBC Azərbaycancaya təzyiq iddialarının doğru olmadığını qeyd edib.

Fotonun müəllifi ATTA KENARE/ Getty

2. Keçmiş İran prezidenti Əkbər Haşemi Rəfsəncani 82 yaşında vəfat edib. Cənab Rəfsəncani ürək tutmasından sonra bazar günü Tehran xəstəxanasında ölüb.

Fotonun müəllifi JOSHUA LOTT/ Getty

3. ABŞ prezidenti Barack Obama Chicago-da baş tutmuş video çıxışında amerikalıları demokratiyanı qorumağa çağırıb. Cənab Obama çıxışını belə bitirib: "Bəli, biz bacararıq. Bəli, biz bacardıq. Bəli, biz bacararıq."

O, iki qızı və həyat yoldaşına minnətdarlığını bildirərkən, göz yaşlarını saxlaya bilməyib.

Fotonun müəllifi LAURA BOUSHNAK/ Getty

4. Kiprin liderləri onilliklərdir yunan və türk icmaları arasında bölünmüş adanı bir daha birləşdirmək üçün BMT-nin rəhbərliyi ilə Cenevrədə sülh danışıqlarına başlayıblar.

Adanı birləşdirmək üçün əvvəlki cəhdlərin hamısı uğursuzluqla bitib.

Fotonun müəllifi BULENT KILIC/ Getty

5. Qütb soyuqları Avropanın içinə doğru irəliləyərək, qitənin bəzi bölgələrinə qar gətirib. Türkiyədə güclü qarın yağması nəticəsində ölkə iflic olub.

Bu barədə daha geniş